Toyota şirkəti 2025-ci ilədək Avropadakı satış strukturundakı elektrikli nəqliyyat vasitələrinin payını 10 faizə çatdırmaq niyyətindədir. Ən maraqlısı odur ki, yapon istehsalçısına bu niyyəti həyata keçirməyə Stellantis ittifaqı kömək edəcəkdir.
Furqonun baza təchizatına səkkiz düymlük ekranı olan media sistemi, elektron köməkçilər kompleksi, virtual cihazlar paneli və elektrik əl əyləci daxildir. Toyota Proace City Electric modellərinin Avropadakı satışlarına bu ilin dördüncü rübündə başlanmalıdır. Təəssüflər olsun ki, Toyota Proace City minivenləri Azərbaycan bazarında təklif edilmirlər.