AVTO

06 May

Ford yeni versiyaya sahib olub - FOTO

Ford Explorer krossoverinin “bərkgedən” ST və dəbdəbəli King Ranch versiyaları mövcuddur. Bu günlərdə onların sırasına Timberline adlı yeni versiya qoşulub.

Explorer Timberline modeli ofroud qabiliyyətlərinə üstünlük verən alıcılar üçün nəzərdə tutulub. Üstəlik, Timberline versiyası geniş təkmilləşdirmələr siyahısına malikdir. Krossover polis versiyasından götürülmüş daha davamlı amortizatorlara, yeni yaylara və stabilizatorlara, həmçinin ön oxdakı əlavə qaytarıcı buferlərə sahib olub.

Nəticədə, avtomobilin klirensi 20 millimetr artaraq 221 millimetrə çatıb. Bundan başqa, krossover altlığın poladdan hazırlanmış əlavə müdafiəsini və arxa oxdakı özükilidlənən Torsen differensialını əldə edib.