AVTO

05 May

Məşhur avtomobil atelyesi fəaliyyətini bərpa edir - FOTO

Bu ad avtomobil həvəskarlarına yaxşı tanış olmalıdır. Londonda fəaliyyət göstərən Harold Radford atelyesi 1948-ci ildə yaradılmışdı.

Atelye ingilis avtomobillərinin təkmilləşdirilməsi üzrə ixtisaslaşmışdı və bu ona dünya məşhurluğunu gətirmişdi. Məsələn, atelye Aston Martin DB5 idman avtomobilinin əsasında üçqapılı şutinq-brey istehsal edən ilk şirkət olmuşdu. Britaniyalılar Rolls-Royce və Bentley modellərinin əsasında dəbdəbəli universallar hazırlayır və hətta kiçik Mini modellərini də təkmilləşdirməkdən çəkinmirdilər.

İlk yeni Radford modeli artıq tizerdə açıqlanıb. Onun əsasını Lotus sportkarı təşkil edir və işlər Lotus Engineering ilə əməkdaşlıqda həyata keçirilir. Avtomobilin təqdimatı bu il baş tutmalıdır.  Modelə sifarişlərin və depozitlərin qəbuluna təqdimatdan öncə başlanacaqdır.