AVTO

05 May

Avropa bazarına bu model daxil olur - FOTO

Koreyanın Genesis markası altı ildir ki fəaliyyət göstərir, ancaq yalnız bu il rəsmi olaraq ən vacib və böyük bazarlarından ikisinə daxil olur.

Aprel ayında premium Koreya markası Çində debüt edib. İndi isə, Koreya istehsalçısı Avropada satışların başlandığını elan edir. Bu yay Köhnə Dünyada Genesis G80 sedanı və Genesis GV80 krossoveri satışa çıxarılacaqdır.

Ancaq ən maraqlısı odur ki, Genesis şirkəti Avropadakı biznesini diler şəbəkəsi olmadan quracaqdır! Şirkət yalnız birbaşa satışlara üstünlük verir. Əsas satış kanalı onlayn olacaqdır - avtomobil alıcıya onunla razılaşdırılmış ünvana çatdırılacaqdır. Avtomobili satın almazdan əvvəl ona "toxunmaq" ehtiyacı duyanlar üçün isə, bir neçə firma butiki təşkil ediləcəkdir. İlk belə butiklər tezliklə London, Münhen və Sürixdə açılacaqdırlar.