AVTO

05 May

“Nissan” “Daimler”dəki hissəsini satıb

Yaponiyanın avtomobil istehsalçısı “Nissan” maliyyə vəziyyətini möhkəmləndirmək üçün Almaniyanın avtomobil istehsalçısı “Daimler”dəki səhmlərinin təxminən 1,19 milyard avroya satıldığını elan edib.

Bununla da, “Nissan” “Daimler”dəki payını mart ayında satan Fransanın avtomobil istehsalçısı “Renault”a qoşuldu. “Nissan” səhmlərini satmaqla gəlirliliyi bərpa etmək və səhmlər portfelini yenidən düzəltməyə çalışır.

Qeyd edək ki, Renault-Nissan-Mitsubishi alyansının keçmiş rəhbəri Karlos Qonun 2018-ci ildə həbs olunmasından sonra “Nissan” maliyyə problemləri ilə üzləşib.