AVTO

05 May

İsveçrəlilər kuzovu olan hiperavtomobil istehsal edəcəklər

İsveçrənin Morand Cars şirkəti 2023-cü ildə konstruksiyasında biokompozitdən istifadə olunacaq hiperkarı buraxacaqdır.

Hiperkar hibrid və tamamilə elektrik güc qurğusu ilə təchiz ediləcəkdir. Elektrik varinatı 560 kilovatadək gücü olan yükləməni dəstəkləyəcək və 300 kilometrlik yürüş ehtiyatına malik olacaqdır. Morand Cars şirkəti keçmiş pilot Benua Moran və Lotus F1 Team komandasının sabiq rəhbəri Erik Bulye tərəfindən yaradılıb.

Onların hər ikisinin də böyük təcrübəyə malik olduğunu nəzərə alsaq, bu layihənin reallaşacağına ümid var. Morand hiperkarı hibrid və tamamilə elektrik güc qurğusu ilə hərəkətə gələn versiyalarda buraxılacaqdır. Eyni zamanda, bəyan edilmiş xarakteristikalar artıq potensial müştəriləri heyran etməlidir. Avtomobilin qiyməti də “heyranedicidir” – hiperkar almaq üçün 2,3 milyon İsveçrə frankı (4,2 milyon manat) tələb olunur.

Ümumilikdə, Morand Cars şirkəti hiperkarı 73 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxmağı planlaşdırır. Bunlardan neçəsinin hibrid, neçəsinin isə elektromobil olacağı hələlik bilinmir. Ancaq hiperkarın debüt tarixi məlumdur: hibrid bu ilin sonuna qədər, “batareya” versiyası isə 2022-ci ildə işıq üzü görəcəkdir.