AVTO

04 May

Uber üçün elektrik taksilər təqdim olunacaq - FOTO

Rusiyanın keçmiş rabitə nazirinin müavini və Yota şirkətinin həmtəsisçisi Denis Sverdlov tərəfindən İngiltərədə yaradılmış Arrival startapı Uber şirkəti ilə müqavilə imzalayıb.

Sənədə görə, Arrival startapı Uber taksi sürücülərinin ehtiyaclarını tam ödəyəcək elektromobil hazırlayacaqdır. Üstəlik, layihələndirmə zamanı onların istəkləri fəal şəkildə nəzərə alınacaq.