AVTO

30 Aprel

Volkswagen kənar istehsalçılara elektrokar hazırlamaqda kömək edəcək

Volkswagen konserninə məxsus olan İtaldesign atelyesi ilə ingilis Williams Advanced Engineering mühəndislik şirkəti yeni müştərək müəssisə yaratdıqlarını elan ediblər.

Yeni müəssisə kənar avtomobil istehsalçıları üçün güclü elektromobillər hazırlayacaqdır. Söhbət həm tanınmış markalardan, həm də yeni yaradılan brendlərdən gedir.