AVTO

30 Aprel

Toyota iki səkkiz yerlik krossoverin buraxılışına hazırlaşır

Toyota şirkəti Amerika Birləşmiş Ştatlarının İndiana ştatında yerləşən zavodunu modernləşdirmək üçün 803 milyon dollar sərmayə qoyacaqdır.

Məqsəd, iki tam yeni modelin istehsalına başlamaqdır. Toyota şirkətindən verilən rəsmi açıqlamada, bu avtomobillərdən birinin Toyota, digərinin isə Lexus markasını altında buraxılacaq səkkiz nəfərlik ofrouderlərin olacağı bildirilib.