AVTO

28 Aprel

Lotus markası yeni sportkarın adını açıqlayıb

Lotus markası 2028-ci ilə qədər tamamlanacaq böyük bir dəyişikliyə başlayır. Şirkət, yenilənmiş Vision80 strategiyası çərçivəsində dörd platformanı və Emira adlı sportkarı təqdim edəcəyini bildirib. Təqdimat 6 iyul 2021-ci il tarixində keçiriləcəkdir.

Lotus şirkəti Emira adının “bir çox qədim dillərdən” “komandir” və ya “lider” kimi tərcümə olunduğunu izah edir. Azərbaycan dilində belə bir söz mövcuddur - ərəbcədən götürülmüş “əmir” sözü. Gözlənənlərin əksinə, yeni idman avtomobili hibrid olmayacaqdır. Emira üçün bir neçə güc aqreqatı təklif olunacaqdır ki, onların arasında ingilis markasının yeni ortağının mühərriki də var - lakin detallar hələlik gizli saxlanılır. Avtomobilin salonu iki nəfərlik olacaq və sportkar rəqiblərindən tutumlu baqaj bölməsi ilə fərqlənəcəkdir.