AVTO

28 Aprel

Escalade DYM ilə təchiz edilən son Cadillac modeli olacaq

Önümüzdəki doqquz il ərzində, General Motors konserni ənənəvi daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobilləri nəzarət etdiyi markaların model xəttindən tədricən çıxaracaqdır.

Amerikalılar bütün modelləri 2030-cu ilə qədər elektrikləşdirməyi planlaşdırırlar. Automotive News nəşrinin bildiridiyinə görə, Escalade ofrouderi Cadillac markasının benzin mühərriki ilə təchiz edilən son modeli olacaqdır.

Daxili yanma mühərrikləri ilə hərəkətə gələn XT4, XT5 və XT6 modelləri birinci olaraq model xəttindən çıxarılacaqdırlar: onların istehsalı onilliyin ortalarına qədər dayandırılacaqdır. Cadillac XT5 modelinin Lyriq elektromobili ilə əvəz ediləcəyi artıq məlumdur, lakin XT4 və XT6 modellərinin də elektrik əvəzləyiciləri də hazırlanacaqdır. Təqaüdə göndərilməyə növbəti namizədlər 2026-27-ci illərdə buraxılışlarına son veriləcək arxa ötürməli CT4 və CT5 sedanlarıdır. Müvafiq olaraq, onların elektrik davamçıları həmin vaxt bazara daxil olacaqdırlar.