AVTO

27 Aprel

Mercedes-Benz ultra qənaətcil modelini təqdim edib

Mercedes-Benz şirkəti 100 kilometrə 1,4 litr yanacaq sərf edən E-Class modelini təqdim edib.

Hibrid güc qurğusu təkər bazasının uzunluğu 140 millimetr artırılmış E-Class modelində quraşdırılır. Yüksək qənaətcilliyə malik olan sedan yalnız Çində satılacaqdır. Hibrid sedan adi uzunbazalı Mercedes-Benz E-Class modelindən yalnız arxa bamperi ilə fərqlənir - arxa fənərlərin altında iki qapaq peyda olub.

Sol port sürətli yükləməni, sağ port isə adi məişət şəbəkəsindən yükləməni dəstəkləyir. Ultra-qənaətcil versiyanın digər əlaməti qeyri-adi E 350 eL emblemidir. Mercedes-Benz E 350 eL modeli 211 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik, 122 at qüvvəli elektrik mühərriki və 15.6 kilovat-saatlıq dartma batareyasından ibarət olan güc qurğusu ilə hərəkətə gəlir.