AVTO

27 Aprel

Volkswagen geniş transformasiya imkanlarına sahib olacaq

Volkswagen şirkəti Transporter furqonunun yeni nəslinə olan marağı artırmağa davam edir.

Bu dəfə istehsalçı qısa videoçarxı dərc edərək, minivenin salonunun fərqli quruluşu barədə məlumat verib. Eyni zamanda, minivenin avadanlıq siyahısına panoram damın daxil edildiyi bildirib. Volkswagen şirkəti, 1985-ci ildə debüt etmiş T3 modelindən başlayaraq, öz minivenlərıni transformasiya olunan salonla təklif edir.

Məsələn, sərnişinlərin üzbəüz əyləşməsini təmin etmək üçün, furqonun ikinci sıradakı oturacaqlarını öz oxu ətrafında hərləmək mümkündür. Eyni zamanda, yan paneldə quraşdırılan kiçik bir masanı da açmaq olar.