AVTO

23 Aprel

Toyota Land Cruiser modelinin yeni görüntüləri peyda olub

Bu gün Arabian Drive portalında 300 indeksi ilə tanınan yeni nəsil Toyota Land Cruiser ofrouderinin şəkillər yayımlanıb.

Dərc edilmiş şəkillərdə bağlı dayanacaqda düzülmüş və fərqli kuzov rənginə malik olan avtomobillər təsvir olunur. Yeni şəkillərdəki Toyota Land Cruiser 300 modeli keçən ilin payızda yapon dərgiləri tərəfindən dərc edilmiş təsvirlərdəki avtomobil ilə eyni görünüşə malikdir. Nəsil dəyişikliyi ilə, məşhur yapon ofrouderi tanınan formasını qoruyacaq, ancaq daha qabarıq kapotu, yeni bamperləri, üfüqi zolaqları olan yeni radiator barmaqlığını və dinamik dönmə siqnalları olan LED işıq texnikasını əldə edəcəkdir.

Arabian Drive nəşrinin bildirdiyinə görə, yeni ofrouder ölçüləri 17 ilə 20 düym arasında dəyişən təkər diskləri ilə təklif ediləcəkdir.