AVTO

22 Aprel

Audi böyük elektrik krossoverinin prototipini nümayiş etdirib

Audi şirkəti Şanxayda keçirilən avtosalonda kamuflyaja bürünmüş naməlum elektromobilin prototipini nümayiş etdirib.

Şirkət nümayəndələri yeni elektrokarın təqdimatının 2021-ci ilin ikinci yarısında keçiriləcəyini bildiriblər. Məlum olanlar arasında, bu elektrokarın Audi şirkətinin Çindəki ortağı olan SAIC konserni ilə birlikdə hazırlandığı barədə məlumat da var. İlkin məlumatlara görə, nümayiş etdirilən adsız elektromobil Audi Q4 e-tron, Volkswagen ID.3 və ID.4, habelə Skoda Enyaq iV modellərinin inşa edildiyi platformaya - Volkswagen konserninin MEB modul arxitekturasına əsaslanır.

Şirkət nümayəndələri hələlik yalnız gələcək elektromobilin uzunluğunu açıqlayıblar - 4.87 metr. Qeyd etmək gərəkdir ki, eyni uzunluğa elə Şanxayda debüt edən Volkswagen ID.6 X krossoveri də malikdir.