AVTO

22 Aprel

Cadillac yeni modelini təqdim edib

Cadillac şirkəti Lyriq elektrik krossoverinin əmtəə versiyasının şəkillərini dərc edib.

Orijinal dizayna, media sisteminin 30-düymlük ekranına və ev şəbəkəsindən sürətli elektrik yükləmə funksiyasına malik olan elektrokarın qiyməti 59.990 dollardan başlayır.

Cadillac ilk dəfə Lyriq elektrik krossovernin konseptini ötən ilin avqust ayında nümayiş etdirmişdi. Prototip futuristik üslubda hazırlandığından, mütəxəssislər modelin seriya versiyasının əhəmiyyətli dəyişikliklərə məruz qalacağını proqnozlaşdırırdılar. Bununla birlikdə, təqdim olunan seriya modeli elektromobilin konseptuallığını qoruduğunu göstərib.