AVTO

22 Aprel

BMW ikirəngli 7 Series modelini təqdim edib - FOTO

BMW şirkəti Şanxayda keçirilən avtosalonunda 7 Series sedanın məhdud saylı Shining Shadow Special Edition versiyasını təqdim edib.

Xüsusi seriyanın əsas cəhəti iki rəngli kuzovdur. Bənzər bir boyama sxemi Mercedes-Maybach modelləri üçün istifadə olunur. Xüsusi versiya üçün əsas olaraq, uzunluğu 5,26 metrə çatan uzunbazalı BMW 760 Li xDrive modeli götürülüb. Şirkət, sedanın kuzovunu iki rəngə - yuxarı hissəni gümüş, aşağı hissəni isə tünd qırmızı rəngə boyanıb.

Şirkət nümayəndələri kuzobu rəngləmək üçün təxminən bir həftə vaxt lazım olduğunu söyləyiblər. BMW 7 Series Shining Shadow modeli orijinal dizaynı olan 15 milli təkər diskləri və maksimal təchizatı ilə seçilirlər.