AVTO

21 Aprel

Nissan yeni modelini nümayiş etdirib

Şanxayda keçirilən avtosalonunda Nissan şirkəti yeni nəsil X-Trail modelinin qlobal versiyasını təqdim edib.

Dizayn baxımından, qlobal krossover 2020-ci ildə ABŞ-da debüt etmiş Nissan Rogue modelini təkrarlayır, lakin Çin və Avropa versiyalarının mühərrikləri fərqlidir. Nissan X-Trail modeli CMF-C/D arxitekturasına əsaslanır. Qlobal krossover praktiki olaraq ABŞ-da satılan Rogue modeli təkrarlayırr: bir krossoveri digərindən yalnız arxa bamperin dizaynı, ölçüləri və artırılmış klirens sayəsində ayırd etmək olar.