AVTO

20 Aprel

Volkswagen yenilənmiş Polo modelinin görüntüsünü yayıb - FOTO

Volkswagen şirkəti yenilənmiş Polo modelinin ilk görüntüsünü yayımlayıb və onun təqdimat tarixini açıqlayıb. Yenilənmiş hetçbekin təqdimatı 22 aprel tarixində keçiriləcəkdir.

Tizer-sketçdə yenilənmiş hetçbekin ön tərəfinin bir hissəsi göstərilib. Təsvirdən göründüyü kimi, yenilənmiş Volkswagen Polo modeli sələfindən iki modulu və gündüz hərəkət işıqlarının başqa naxışı olan daha nazik fənərləri ilə fərqlənəcəkdir.

Fənərlərdən uzanan diod zolağı yenilənmiş radiator barmaqlığındakı Volkswagen embleminin ortasından “keçir”.