AVTO

19 Aprel

Audi yeni modelinin görüntülərini yayıb - FOTO

Gələcək Audi A6 elektrokarının carçısı olan A6 e-tron konseptinin şəkilləri təqdimatdan öncə İnternet şəbəkəsinə sızdırılıb.

Audi şirkətinin batareyalı sedanı ilk dəfə bu gün, 19 aprel tarixində Şanxay avtosalonunda nümayiş edilməlidir. Lakin avtosalonun başlanmasına iki gün qalmış konseptin şəkilləri şəbəkədə pəyda olub.