AVTO

19 Aprel

Dünyanın ən güclü krossoverinin tirajı artırılacaq

Dodge şirkəti dünyanın ən güclü ofrouderi hesab edilən Durango SRT Hellcat modelinə sifarişlərin qəbuluna son verdiyini elan etməsinə baxmayaraq, planlanlaşdırılan 2000 nüsxəlik tirajı bir qədər artırmaq qərarına gəlib.

Amerikan istehsalçısı ekstremal Dodge Durango SRT Hellcat modelini 2000 nüsxəlik tirajla buraxacağına söz vermişdi - bir neçə test avtomobili istisna olmaqla bütün ofrouderlər artıq satılıb, dilerlər isə sifarişlərin qəbulunu çoxdan dayandırıblar.

Bütün ofrouderlər bu ilin iyun ayına qədər Miçiqan ştatındakı zavodda istehsal ediləcəyi və şirkətin avtomobilə tələbatın yüksək olmasına baxmayaraq, tirajı artırmayacağı ehtimal edilirdi.