AVTO

19 Aprel

Volkswagen yeni krossoverini təqdim edib - FOTO

Volkswagen şirkəti ID ailəsinin üçüncü üzvünü təqdim edib. ID.3 hetçbeki və yığcam ID.4 krossoveri qlobal model olaraq satılslar da, bu gün Şanxayda təqdim edilən ID.6 xüsusi olaraq Çin bazarı üçün yaradılmışdır. ID.6 modeli nə Avropada, nə də Amerikada satılmayacaqdır.

Üstəlik, Çində iri elektrik krossoveri iki versiyada debüt edib.