AVTO

16 Aprel

Mercedes-Benz elektrik flaqmanını təqdim edib

Dünən Mercedes-Benz şirkəti S-Class sedanının elektrik analoqu olan Mercedes-Benz EQS (kuzov kodu V297) modelini təqdim edib.

EQS modeli xüsusi olaraq elektromobillər üçün yaradılmış yeni MEA (Modular Electric Architecture) modul platformasında inşa edilən ilk seriya modelidir. Bu platforma mövcud olan “arabacıqlarla” ümumi elementlərə sahib deyil: dartma batareyası kuzovun güc quruluşuna daxil edilib, ön və arxa alt çərçivələr də ona bərkidilir. Sonradan, bu platforma fərqli siniflərdən olan bir sıra batareyalı Mercedes-Benz modellərinin əsasını təşkil edəcəkdir. Lakin istehsalçı bu işə flaqmanla başlamağa qərar verib.