AVTO

14 Aprel

Hyundai yeni Tucson L modelini nümayiş etdirib - FOTO

Yeni nəsil Hyundai Tucson krossoveri artıq Cənubi Koreya və Avropa bazarlarında satılır. İndi isə, növbə Amerika və Çin bazarlarına çatıb.

Bununla birlikdə, şirkət, yeni modelin Göylər İmperiyasında satılacaq və "qlobal" krossoverdən fərqlənən xüsusi versiyasını hazırlayıb. Yeri gəlmişkən, Çində satılan əvvəlki nəsil Tucson modeli də orijinal dizayna sahib idi, amma indi avtomobilin yaradıcıları başqa yola üstünlük veriblər.