AVTO

14 Aprel

Hyundai Azərbaycanda satılacaq miniven modelini təqdim edib - FOTO

Hyundai şirkət Azərbaycan bazarında satılacaq Staria miniveninin mühərrikləri haqqında ətraflı məlumatla bölüşüb.

Gözlənildiyi kimi, yeni miniven üç güc aqreqatı - turbodizel, benzin və 3,5-litrlik iki yanacaqlı mühərrik, - ilə təklif ediləcəkdir. 15 aprel tarixində Cənubi Koreyada satışa çıxarılacaq Hyundai Staria modelinin qiyməti açıqlanıb: qiymətlər 27 milyon 260 min vondan (41.300 manat) başlayır.

Staria modelinn Azərbaycandakı satışlarına 2021-ci ilin ikinci yarısında başlanacaqdır.