AVTO

13 Aprel

Toyota ilk elektromobilinin növbəti görüntüsünü yayıb

Toyota şirkəti ön hissəsinin təsvir olunduğu yeni naməlum avtomobilin tizeri dərc edib.

Tizerdən göründüyü kimi, yeni model bağlı ön panelə və mavi haşiyələrə malikdir - bu isə, qarşımızda yapon markasının ilk elektrik krossoverinin dayandığından xəbər verir. Videotizer Beyond Zero sözləri ilə bitir ki, bu da yapon istehsalçısının elektrokarlar ailəsi üçün təsis etdiyi yeni subbrendin adıdır.

Yeni elektrokar ailəsinin ilk üzvü, artıq bir neçə tizeri dərc edilmiş ötra ölçülü krossover olacaqdır. Yeni elektrokarın təqdimatı 19 aprel tarixində işinə başlayacaq Şanxay avtosalonunda keçiriləcəkdir.