AVTO

13 Aprel

Skoda yenilənmiş modelinin görüntüsünü yayıb

Artıq məlum olduğu kimi, yenilənmiş Skoda Kodiaq modelinin təıqdimatı bu gün keçirilməlidir. Dünən çex istehsalçısı yenilənmiş krossoverin sileuti və şüşələnməsi əks olunmuş son tizeri dərc edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Skoda şirkəti yenilənmiş modelin dizayner eskizlərini və işıq texnikasının nümayiş olunduğu videotizeri də yayımlamışdı. Skoda şirkəti yenilənmiş Kodiaq krossoverinin ön tərəfin "daha təsirli" dizaynını alacağını vəd edir. Krossover sələfindən demək olar ki, şaquli vəziyyətdə yerləşən yeni altıbucaqlı radiator barmaqlığı ilə fərqlənəcək.