AVTO

09 Aprel

Bentley şirkəti əmlak sektoruna daxil olur

Bentley şirkəti Mayamidə dünyada ilk firma yaşayış Bentley Residences göydələnini inşa edəcək.

İki yüz apartamentdən ibarət olan kompleks Atlantik Okeanının sahilindəki Sanni Ayls Biç qəsəbəsində yerləşəcək.

Bentley şirkəti əmlak sektorunda öz qüvvəsini sınayan ilk dəbdəbəli avtomobil isthsalçısı deyil. Bir müddət bundan öncə,  Aston Martin şirkəti də əmlak sektoruna daxil olmuşdu. Şirkətin bir neçə maraqlı layihəsi var: Mayamidəki Aston Martin Residences qüllələri, Manhettendəki 130 William yaşayış kompleksindəki apartamentlər və ondan iki saatlıq məsafədə olan şəhərətrafı Sylvan Rock kompleksi. Bentley isə, Dezer Development inşaat şirkətinin və Sieger Suarez Architects memarlıq studiyasının dəstəyini alıb və onlarla birlikdə 60 mərtəbəli göydələni inşa etmək niyyətindədir.

Bentley Residences kompleksinin inşasına 2023-cü ildə başlanacaqdır. Kompleksin inşası 2026-cı ildə başa çatmalıdır. Qiymətlər hələlik açıqlanmayıb. Məsələn, Aston Martin Residences qüllələrindəki kondominiumlar üçün 600.000 – 50.000.000 dollar arasında vəsait tələb edirlər.