AVTO

08 Aprel

Hyundai yeni modelini təqdim edib

Baqaj bölməsində əlavə oturacaqlar olan yığcam və nisbətən ucuz krossoverlər Hindistanda ən çox sevilən avtomobillərdir.

Məsələn, yerli Mahindra şirkəti, ölçülərinə görə Qashqai krossoveri ilə müqayisə ediləcək modelində doqquz nəfəri yerləşdirməyə müvəffəq olub. İndi isə, belə bir avtomobil Hyundai şirkətinin arsenalında da var. Bu gün Hindistanda Hyundai Alcazar krossoveri təqdim olunub ki, bu da, bir il əvvəl yerli bazara çıxan ikinci nəsil Creta modelinin uzadılmış variantıdır.

Alcazar krossoveri Hyundai şirkətinin yerli zavodunda buraxılacaqdır. Modelin satışlarına ilin ikinci yarısında başlanacaq. Creta krossoverinin digər bazarlarda satılıb-satılmayacağı hələlik məlum deyil.