AVTO

07 Aprel

Skoda yenilənmiş modelini təqdim edib - VİDEO

Skoda şirkəti yaxın günlərdə təqdimatı keçiriləcək yenilənmiş Kodiaq modelinə olan marağı artırmağa davam edir.

Krossoverin debütünə bir həftədən az vaxt qalır və çex markası yenilənmiş modelin detallarının nümayiş olunduğu videotizeri yayımlayıb: tizerdə yenilənmiş ön və arxa işıq texnikası, kuzovun yan tərəfləri və təkər diskləri göstərilir. Skoda şirkəti yenilənmiş Kodiaq krossoverinin ön tərəfin "daha təsirli" dizaynını alacağını vəd edir. Krossover sələfindən demək olar ki, şaquli vəziyyətdə yerləşən yeni altıbucaqlı radiator barmaqlığı ilə fərqlənəcəkdir.