AVTO

02 Aprel

Azərbaycanda helikopterlərin təmiri müəssisəsinin tikintisi bu il başa çatacaq

Azərbaycanda "Mi" tipli helikopterlərin əsaslı təmirini həyata keçirən regionda ilk aviasiya təmiri müəssisəsinin tikintisi bu ilin sonunadək tamamlanması planlaşdırılır.

"ASG Helikopter Services" şirkətindən verilən məlumata görə, təmir avadanlıqları ilə təchiz ediləcək servis mərkəzi, Zabrat qəsəbəsində yerləşən hava limanının ərazisində yerləşəcək.

Mərkəzinin istehsal gücü yalnız ölkənin helikopter donanmasını deyil, bütün Xəzər dənizi regionu ölkələrinin operatorlarının hava gəmilərini də əhatə etməyə imkan verəcək.