AVTO

01 Aprel

Volkswagen modellərin çeşidlərini genişləndirib

Volkswagen şirkətinin yığcam krossoverlərinə daha bir model də qoşulub - ənənəyə uyğun olaraq adı T hərfi ilə başlayan yeni krossover, Hindistan bazarında satılacaq Taigun modelidir.

Yeni modelin seriyaöncəsi versiyası 2020-ci ildə göstərilsə də, avtomobilin "əmtəə" variantı ilk dəfə nümayiş olunur. Əslində, yeni krossover artıq Avropada satılan Volkswagen T-Cross modelinin modernləşdirilmiş versiyasıdır.

Taigun modeli sadələşdirilmiş MQB-A0-IN modul platformasınə əsaslanır. Xatırladaq ki, bu yaxınlarda təqdim edilmiş Skoda Kushaq krossoveri də eyni platformada inşa edilib. Odur ki, Taigun modelinin mühərrik çeşidini Kushaq ilə bölüşməsində təəccüblü heç nə yoxdur.