AVTO

30 Mart

Hummer modellərinin ilk nüsxələri rekord qiymətə satılıb - FOTO

Keçən həftə sonu Arizonada keçirilən Barrett-Jackson hərracı Amerikanın avtomobil sənayesi üçün əlamətdar olub. VIN kodunda seriya nömrəsi 001 olan bir neçə yeni avtomobil hərracda satılıb. Əsas ariotaj dirçəldilmiş ramalı Ford Bronco ofrouderinin və GMC Hummer elektrik pikapının ətrafında yaşanıb.

Yeni Bronco ilk dəfə keçən ilin iyul ayında debüt edib, lakin kommersiya avtomobillərinin istehsalı bu yaxınlarda başlayıb və indi onlar ABŞ-dakı dilerlərə göndərilirlər. Ofrouderin qiyməti 28.500 dollardan başlayır və bütün opsiyalar ilə təchiz edilmiş Bronco First Edition modelinin qiyməti 67.000 dollara çatır. Bir nömrəli Bronco modeli 314 at qüvvəli 2,7-litrlik turbomühərrikə, 10-pilləli "avtomata" və dəri salona malikdir. Buna baxmayaraq, ofrouderin ilk seriya nüsxəsi inanılmaz qiymətə - 1 milyon 75 min dollara satılıb.