AVTO

19 Mart

Toyota yeni modelinin görüntüsünü təqdim edib - FOTO

Toyota şirkəti yeni Aygo modelinin müjdəçisi olan Aygo X prologue konseptinin eksteryer şəkillərini yayımlayıb. Artırılmış klirens və iri təkər diskləri sayəsində prototip subkompakt krossoverə bənzəyir.

Toyota Aygo X prologue tamamilə yeni dizayna malik olub. Hetçbekin ön hissəsində, mühəndislər, seqmentləri kapota keçən vahid element şəklində hazırlanmış orijinal LED fənərləri yerləşdiriblər. Prototipin arxa hissəsində, Volvo C30 modelini xatırladan şaquli fənərlərlə əhatə olunmuş genişləndirilmiş şüşə quraşdırılıb. Toyota Aygo X prologue konsepti iki rəngli kuzova malikdir. Beləliklə, alıcılar hetçbekin xarici görünüşünü fərdiləşdirə biləcəklər.