AVTO

18 Mart

BMW yeni modelini təqdim edib - FOTO

BMW Group konserninin keçirdiyi illik mətbuat konfransında i4 elektrik liftbeki təqdim edilib. Hələlik elektrokar haqqında təfərrüatlar açıqlanmayıb, ancaq onları yaxın həftələrdə səsləndirməyə söz veriblər.

Model bazara bir neçə versiyada çıxacaqdır. Ən “uzunmənzilli” versiya 590 kilometrə qədər məsafə qət edə biləcəkdir.

BMW i4 elektrokarının bazar debütü ilin sonuna qədər baş tutmalıdır. Beşqapılı Gran Coupé, 390 kilovat və ya 530 at qüvvəsinə sahib olan M Performance versiyası da daxil olmaqla bir neçə versiyada satılacaqdır.

Ən yeyin i4 modeli 100 km/saat həddinə dörd saniyəyə sürətlənə biləcək və ən “uzunmənzilli” model WLTP dövrünə əsasən 590 kilometr yol qət edə biləcəkdir. Liftbekin maksimal sürəti, iX krossoverində olduğu kimi, 200 km/saat həddində məhdudlaşdırılacaqdır.