AVTO

16 Mart

Piyada samokatda keçidə yaxınlaşır. Sürücü hansı halda yol verməlidir?

Qaydalara əsasən piyada keçidinə daxil olan piyadaya yol verilməlidir. Bəlkə piyada samokatdadırsa? Burada maraqlı məqam var.

Piyada samokatda keçidə yaxınlaşır. Sürücü hansı halda yol verməlidir?

A) Keçidə daxil olanda

B) Hər bir halda dayanmaq lazımdır

C) Samokatçı samokatdan düşüb yanı ilə getdikdə

YHQ -nun 1-ci fəsilinin, 1-ci maddəsinin 36-cı bəndinə əsasən samokatda olsa belə, piyada sayılır. İXM 330-cu maddəyə əsasən piyadaya yol verilməməsi bu hesab edilir:

330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni:

330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya;

330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.

Yəni, qaydalara əsasən piyada keçidə daxil olub keçməyə başladıqda ona yol vermək lazımdır. Doğru cavab A bəndidir.