AVTO

12 Mart

Volvo bu modelini yeniləyib

Volvo şirkəti ən çox satılan orta ölçülü XC60 krossoverini yeniləyib.

2022-ci model ilinin avtomobili, isveç markasının böyük yenilik adlandırdığı, Google xidmətlərinə qoşula bilən və Android sisteminə əsaslanan yeni multimedia sistemi sayəsində “daha ağıllı ”olub. Quraşdırılmış Google xidmətləri Digital Services adlı rəqəmsal xidmətlər paketinin tərkibində abunə yolu ilə satılır.

Bu paketə bulud əsaslı Google Assistant fərdi köməkçisi və Google Maps naviqatoru ilə yanaşı, Google Play tətbiqlər mağazasına giriş də daxildir. Bütün lazımi avadanlıqlar standart olaraq krossoverə quraşdırılır, abunə isə tamamilə rəqəmsaldır.