AVTO

12 Mart

Hyundai yeni modelinin görüntülərini yayıb

Hyundai şirkəti “qaynar” Kona N krossoverinin görüntülərini yayımlayıb. “Qaynar” model qaşqabaqlı və eyni zamanda, aqressiv dizayna sahib olub.

Hyundai Kona N modeli nazik ön fənərlərə və kapotun uc hissəsindəki üç hava girişini əldə edib. Aşağıda isə, dartılmış H hərfinə bənzəyən formaya malik olan ön bamperin yuxarı hissəsində yerləşən və iri pətəklər şəklində toru olan iri radiator barmaqlığı quraşdırılıb.

Dizaynerlər radiator barmaqlığında modelin indeksinə işarə edən N hərfini yerləşdiriblər. Bamperin alt hissəsində daha kiçik pətəklərdən ibarət olan barmaqlıq və kuzovu boyu çəlikən qırmızı xətt diqqəti çəkir.