AVTO

03 Mart

Honqkonq polisi 46 “avtoşu” tələyə salıb

Honqkonq polisi küçə yarışçıları ilə bağlı daxil olmuş çoxsaylı şikayətlərə reaksiya verib. Superkar sahiblərinin növbəti görüşü haqqında məlumat alan polis, sıx hərəkət olan küçəni bağlayaraq, dərhal 46 küçə yarışçısını ələ keçirib.

Bütün sürücülər cərimələnib və avtomobillərdən biri isə cərimə meydançasına göndərilib Fossington kod adı ilə həyata keçirilən xüsusi əməliyyat səhər tezdən baş tutub. Superkarlardan ibarət olan karvan qərəzli yoxlama üçün dayandırılıb - yol polisi əməkdaşları qanunsuz tüninqə xüsusilə diqqət yetirib, ödənilməmiş cərimələri və digər qanun pozuntuları aşkar ediblər.