AVTO

02 Mart

Yeni Land Cruiser avtomobillərinin təqdimatı gözlənilir

Yaponiyadakı Toyota zavodunda yeni Land Cruiser 300 modelinin kuzovunun, qapısının və şassisinin şəkilləri yayılıb. 

Əldə edilən şəkillərdən də göründüyü kimi, yeni ofrouder sələfindən ramalı arxitekturanı və kuzov formalarını miras olaraq alacaq. Toyota Land Cruiser 300 modelinin təqdimatının mart ayında baş tutacağı gözlənilir, lakin bu məlumat hələ də rəsmi təsdiqini tapmayıb.