AVTO

19 Fevral

Skoda Kushaq modelinin dizayner eskizləri dərc edilib

Skoda şirkəti Kushaq modeli ətrafında cərəyan edən ehtirasları qızışdırmağa davam edir. Bir müddət bundan öncə yığcam krossoverin kamuflyajlı şəkillərini dərc edən çex istehsalçısı, bu dəfə avtomobilin dizayner eskizlərini yayımlayıb.

Eyni zamanda, yeni avtomobilin kütləvi təqimat tarixi də açıqlanıb: 18 mart. Kushaq modeli Skoda şirkətinin keçən il təqdim etdiyi Vision IN konsept avtomobilinin seriya versiyası olacaqdır.

Çex istehsalçısı krossoverlərin adındakı bənzərliyi qorumaq niyyətində olduğunu bildirib. Məlum olduğu kimi, bütün adlar "K" hərfi ilə başlamalı və "Q" hərfi ilə bitməlidir. Kushaq sözü isə Hindistan tarixindən götürülüb və sanskritdən tərcümədə "imperator" və ya "kral" deməkdir.