AVTO

18 Fevral

Azərbaycanın ötən ay istehsal etdiyi avtomobil sayı açıqlanıb - FOTO

Azərbaycan minik avtomobillərinin istehsalını azaldıb.

Azərbaycanda 2021-ci ilin yanvar ayı ərzində 96 ədəd minik avtomobili istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz azdır.

Ötən ay ərzində ölkədə traktor istehsal edilməyib.

Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 22,7 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz azalıb, maşın və avadanlıqların istehsalı isə 23,5 faiz artıb.