AVTO

18 Fevral

Yeni Nissan Qashqai modeli bu gün təqdim olunur

Artıq məlum olduğu kimi, Nissan Qashqai krossoverinin növbəti nəsli bu gün debüt etməlidir.

Yeni modelin təqdimatına sayılı günlər qalsa da, yapon istehalçısı krossoverin növbəti tizerini dərc edib. Bu dəfə tizerdə yeni Qashqai modelinin işıq texnikası nümayiş etdirilir. Yeni Nissan Qashqai krossverinin uzunluğu 4425 millimetr təşkil edir.

Xatırladaq ki, cari nəsil Qashqai modeli 4379 millimetr uzunluğa malikdir. Gözlənildiyi kimi, krossoverin mühərrik çeşidində dizel aqreqatı olmayacaqdır. Üstəlik, plana əsasən, 2024-cü ilədək Avropada satılan Nissan modellərinin yarısı elektrikləşdirilməlidir, bu səbəbdən yeni Qashqai modeli yalnız hibrid güc qurğuları ilə təklif ediləcəkdir. Ancaq alıcılar iki variant arasından seçim edə biləcəklər.