AVTO

16 Fevral

“Jaguar Land Rover” yalnız elektromobillər istehsal edəcək

Tanınmış avtomobil istehsalçılarından biri olan “Jaguar Land Rover” 2030-cu ilədək ənənəvi yanacaq mühərrikli avtomobilərdən imtina edəcəyini açıqlayıb.

Bu tarixdən etibarən şirkət yalnız elektromobillərin istehsalı ilə məşğul olacaq.  

Məlumata əsasən, “Jaguar Land Rover” yeni inkişaf strategiyasını təqdim edib. “Reimagine” adlanan sənəddə növbəti bir neçə il ərzində şirkətin altı elektromobil modeli hazırlayacağı bildirilib. İlk elektrik “Land Rover”-in 2024-cü ildə, “Jaguar”-ın isə 2025-ci ildə satışa çıxarıılacağı planlaşdırılıb.