AVTO

15 Fevral

Bu avtomobillərdə problem aşkar olundu

Rusiyanın "AvtoVAZ" şirkəti 2019-cu ilin yanvar-may aylarında istehsal olunan 9 311 "Lada Xray" avtomobil modelini geri çağırır.

Bu barədə Rusiyanın Federal Texniki Tənzimləmə və Metrologiya Agentliyinin ("Rosstandart") açıqlamasında deyilir.

Qeyd olunur ki, nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb elektromexanik sükan valının qaynaq tikişinin zədələnməsidir.

İstehsalçının səlahiyyətli nümayəndələri təmir işləri üçün avtomobili ən yaxın diler mərkəzinə verilməsinin zəruriliyi barədə geri çağırılan nəqliyyat vasitələrinin sahiblərini məlumatlandıracaqlar. Təmir işləri təmənnasız həyata keçiriləcək.