AVTO

12 Fevral

McLaren Automotive yeni modelinin görüntüsünü təqdim etdi - VİDEO

McLaren Automotive şirkəti yeni Artura superkarı göstərilən videotizeri dərc edib.

Britaniya markasının prinsipcə yeni modeli olan superkara həsr edilmiş çarxda, onun bir sıra eksteryer elementləri ilə yanaşı, salonuna da nəzər salmaq mümkündür.

McLaren Artura superkarı həm High-Performance Hybrid (HPH) sinifinin ilk seriya avtomobili, həm də yeni ailənin banisi olacaqdır. İstehsalçının gərəcək modelin prototipinin şəkillərini dərc etməsinə baxmayaraq, McLaren Artura modeli haqqında geniş məlumat verilmir.