AVTO

11 Fevral

Yeni Niva-lar belə olacaq - FOTO

Renault şirkətinin rəhbəri Luka de Meo, yaxın illərdə buraxılacaq Lada modellərindən danışıb.

O, Automotive News Europe nəşrinə verdiyi müsahibəsində klassik Niva və ya Lada Niva Legend modelinin yeni nəsli haqqında təfərrüatlarla və Dacia Bigster konsept avtomobilinə əsaslanan yeni krossover barədə məlumatlarla bölüşüb.

Bu ilin yanvarında nümayiş olunan Dacia Bigster konsepti, Renault qrupuna daxil olan üç markanın modelləri üçün prototip olacaqdır: Rumıniyanın Dacia markası, Renault markasının özü və Rusiyanın Lada markası üçün. Eyni zamanda, de Meo, avtomobillərin qurğu və aqreqatların 85 faizini bölüşəcəyinə baxmayaraq,  seriya modellərinin bir-birindən fərqli dizayna malik olacaqlarını bildirib.