AVTO

10 Fevral

Audi-nin yeni modeli debüt edib

İki il bundan öncə nümayiş etdirilmiş Audi e-tron GT konsept avtomobili nəhayət ki, seriya versiyasında debüt edib.

Üstəlik, konveyerə gedən yolda sedan görünüşünü praktik olaraq dəyişməyib. Sedan normal qapı tutacaqlarına və iri yan güzgülərə, habelə dizaynı bir qədər dəyişdirilmiş bamperlərə malik olub. Ümumilikdə, seriya sedanı 2018-ci ilin noyabrında keçirilmiş Los Anceles avtosalonunun ulduzu olan konseptdən fərqlənmir.