AVTO

09 Fevral

Ferrari-nin bu modeli qış testlərində görünüb

Bu günlərdə Instagram sosial şəbəkəsində Ferrari Purosangue modelinin qış testləri zamanı çəkilən qısa bir video və şəkillər dərc edilib.

İtalyan markasının məşhur krossover seqmentinə daxil etməsinə yol açacaq model İsveçdəki yollardan birində çəkilib. Purosangue krossoverinin gələn il debüt edəcəyi və Lamborghini Urus, Bentley Bentayga və Aston Martin DBX ilə rəqabətə girişəcəyi gözlənilir.