AVTO

08 Fevral

Yenilənmiş Nissan Qashqai modelinin yeni görüntüsü

Nissan şirkəti yeni nəsil Qashqai modelinin eksteryer və interyerinin görüntüləri olan 15 saniyəlik videoçarxı yayımlayıb.

Eyni zamanda, çarxda avtomobilin debüt tarixi də açıqlanıb - 18 fevral. Yeni Nissan Qashqai krossverinin uzunluğu 4425 millimetr təşkil edir. Xatırladaq ki, cari nəsil Qashqai modeli 4379 millimetr uzunluğa malikdir. Gözlənildiyi kimi, krossoverin mühərrik çeşidində dizel aqreqatı olmayacaqdır.

Üstəlik, plana əsasən, 2024-cü ilədək Avropada satılan Nissan modellərinin yarısı elektrikləşdirilməlidir, bu səbəbdən yeni Qashqai modeli yalnız hibrid güc qurğuları ilə təklif ediləcəkdir. Ancaq alıcılar iki variant arasından seçim edə biləcəklər.